Xaricdən Azərbaycana gətirilən geyimin üzərində söyüş yazılıb... (FOTO)

Mağazalarda satılan, yaxud elə alıb geydiyimiz bir çox geyimlərin üzərində xarici dildə yazılan yazıların mənasından bəzilərimiz xəbərsizik. Amma həmin sözləri Azərbaycan dilinə tərcümə etdikdə ya mənası anlaşılmır, ya da elə mənaları olur ki, eşidəndə şoka düşürsən. Bu günlərdə Ağdaşda yerləşən "Ucuzluq" mağazasından qızı üçün gödəkcə alan şəxslərdən biri gördüklərinə inanmayıb.

Həmin şəxs Yeniavaz.com saytına bildirib ki, gödəkcənin üzərindəki yazı diqqətini çəkib və mənasını dəqiqləşdirmək istəyib: "Belə başa düşdüm ki, heç satıcı qızlar da həmin yazının mənasını bilmirlər. Odur ki, ingilis dilini mükəmməl bilən yaxın bir adamla əlaqə saxlayıb ondan soruşdum. O, həmin yazını tərcümə etməyə utandığını bildirdi"...

"Maraqlıdır, həmin gödəkcələr xaricdən ölkəmizə gətirilərkən üstündəki yazılara niyə diqqət edilmir, yaxud elə respulikamızda istehsal olunan maldırsa, bu sözləri yazmaqla nəyə nail olmaq istəyirlər? Hər halda bu məqamlara diqqət edilsə, çox yaxşı olar",-deyə həmin şəxs vurğulayıb.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top