Avropa ölkələrində nə qədər maaş verilir - SİYAHI

Avropada ən yüksək orta aylıq əmək haqqını Danimarka vətəndaşları alır. Yeniavaz.com Almaniya Statistika İdarəsinin açıqladığı məlumata istinadən bildiri ki, bu ilin aprel ayına olan məlumata görə Danimarkada orta aylıq əmək haqqının məbləği 6069 avroya bərabər olub. Bu göstərici aprel ayında Azərbaycanda qeydə alınan orta aylıq əmək haqqından 24 dəfə çoxdur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin ötən ay açıqladığı məlumata görə Azərbaycanda orta aylıq əmək haqqı 510 manata və ya mövcud məzənnəyə (1 avro/2,04 azn) əsasən 250 avroya bərabər olub.

Avropada ən aşağı əmək haqqı isə Bolqarıstanda qeydə alınıb - 637 avro. Avropada ən yüksək orta aylıq əmək haqqının olduğu ölkələrin ilk 5-liyinə

Danimarka (6069 avro),

Lüksemburq (5462 avro),

Belçika (4511 avro),

İsveçrə (4338 avro)

Finlandiya (4031 avro)

daxildir. Ən aşağı orta aylıq əmək haqqının olduğu ölkələrin ilk 5-liyində isə

Macarıstan (1067 avro),

Latviya (1054 avro),

Litva (880 avro),

Rumıniya (742 avro)

Bolqarıstan (637 avro)

daxildir. Digər aparıcı Avropa ölkələrində isə orta aylıq əmək haqqının məbləği belə olub:

Fransa (3929 avro),

Hollandiya (3975 avro),

Almaniya (3812 avro),

İtaliya (3141 avro),

Böyük Britaniya (3481 avro),

İspaniya (2418 avro),

Portuqaliya (1802 avro),

Yunanıstan (1588 avro).

DİGƏR XƏBƏRLƏR

Top