Zaur reklam etdiyi həkimdən danışdı

Xəbər verdiyimiz kimi, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmovun da adı hallanır. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Ginekoloqu tez-tez reklam edən “Bizimləsən” proqramının aparıcısı Zaur Baxşəliyev mövzu ilə bağlı açıqlama verib.

O, xəstələri təmənnasız sağaldan həkimləri pulsuz efirə dəvət etdiyini söyləyib: “İstəyirəm sizə hesabat verim. Mən sizə gələn həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Mən kiməsə yaxşılıq etsəm onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu mən etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi.

Həkim bu xəstəni təmənnasız sağaltdı,baxın! Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil. Mən bizə müraciət edən insanları təhvil verirəm və sağlam alıram. O baxımdan həkimləri bura dəvət edirəm, təşəkkürümü bildirirəm. Bax bu kişidir, bunu edəni deyirəm. Anladınızmı? Sözüm anlayanlara və hara gedirsə o ünvanlaradır”. (Qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

Top