Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.

Partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilər.

Mayın 6-sı bunun üçün sonuncu gündür.

Bu ittifaqın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb. Report

DİGƏR XƏBƏRLƏR

Top