Masazır su altında qalıb - qrunt suları üzə çıxıb

Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi rayonu Binəqədi 1-ci yaşayış sahəsində əraziyə düşən atmosfer yağıntıları və texnogen amillərin təsirindən subasma prosesinin dinamikasında aktivlik müşahidə edilib.

Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, "Savalan" və "Daş karxanası" yaşayış massivlərində, Zabrat-Məhəmmədi subasma sahəsində, Xəzər rayonunun Qala qəsəbəsində subasma sahəsində nisbi aktivlik qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top