Parisdə iğtişaşlar: 200 nəfər həbs olunub VİDEO

Parisdə solçular və anarxistlərin keçirdiyi etiraz aksiyasından sonra yaşanan iğtişaşlarda 200 nəfər həbs olunub.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş polis idarəsi, üzlərində maskalar olan qara geyimli etirazçıların icazəli May günü yürüşünü iğtişaşlara çevirdiyini bildirib.

Fəallar ticarət obyektlərinə hücumlar edib, Molotov kokteylləri ilə yanğınlar törədib.Asayış keşikçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə aksiyaya müdaxilə edib.

Toqquşmalarda “RİA Novosti” agentliyinin müxbiri gözyaşardıcı qazdan zəhərlənib. oxu.az

Paris

DİGƏR XƏBƏRLƏR

Top