Bill Qeyts Trampın verdiyi vəzifəni qəbul etməyib

Milyarder Bill Qeyts bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi elm üzrə müşavir vəzifəsindən imtina edib.

Yeniavaz.com-un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin elm üzrə müşavir postu 2017-ci ilin yanvarından bəri vakant qalır.

B. Qeytsin sözlərinə görə, o, D. Trampla qrip əleyhinə universal vaksinin hazırlanmasını müzakirə edib. Milyarder həmin vaksinin hazırlanmasına 12 milyon dollar ayırmaq niyyətindədir.

Söhbət zamanı B. Qyets xatırladıb ki, ABŞ-da Prezidentin elm üzrə müşaviri yoxdur. Bunun üzərinə D.Tramp milyarderdən bu vəzifəni tutmaq istəyib-istəmədiyini soruşur.

O izah edib ki, təklifi rədd edib, çünki bu işi vaxtdan istifadə üçün yaxşı vasitə hesab etmir. Elm üzrə vəzifəni sonuncu olaraq Con Holdre tutub. O bu vəzifədə 2009-2017-ci illərdə çalışıb.

Qeyd edək ki, B. Qeyts dünyanın ən zəngin adamları siyahısında ikinci yeri turur. Onun sərvəti 91 milyard dollar həcmində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top