Venesuelanın kriptovalyutasından istifadə edən neftdə endirim qazanacaq

Əgər Hindistan Venesuelanın kriptovalyutası “El Petro”dan istifadə etsə, Karakas ona xam neftə görə 30 faiz həcmində endirim etməyə razıdır.

Yeniavaz.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, venesuealalı məmurlar müxtəlif ölkələrə səfər edirlər və “El Petro” ilə bağlı müxtəlif təkliflər edirlər.

Xatırladaq ki, Venesuela fevralın 20-də “El Petro” kriptovalyutasını buraxıb. Lakin rəsmi Karakas öz kriptovalyutasını dünya iqtisadiyyatında tətbiq etməyin yollarını axtarır, çünki ABŞ Venesuelaya qoyduğu sanksiyalara görə kriptovalyytadan istifadə riskləri barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti Donald Tramp martda bəyan etmişdi ki, “El Petro” ilə bağlı əməliyyatları məhdudlaşdırmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top