Avropa ölkələrinin Rusiya qazından asılılıq səviyyəsi - TAM SİYAHI

Avropa ölkələrinin böyük əksəriyyəti Rusiyadan təbii qaz idxal edir. Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Avropa ölkələri arasında İspaniya, Portuqaliya, İrlandiya, Belçika, Norveç, İsveç istisna olmaqla digər Avropa ölkələri Rusiyadan təbii qaz idxal edirlər. Bəzi Avropa ölkələri isə tamamilə Rusiya qazından asılı vəziyyətdədir. Finlandiya, Belarus və Bolqarıstan təbii qaza olan tələbatlarının 100%-ni Rusiya qazı hesabına təmin edir. Yunanıstan Rusiya qazına olan tələbat 96,4%-ə bərabərdir. Təbii qaza olan tələbatının yarıdan çoxunu Rusiya qazı hesabına təmin edən ölkələr arasında Moldova (85,7%), Slovakiya (84,1%), Latviya (76,5%), Serbiya (73,9%), Avstriya (70,1%), Polşa (64,2%), Macarıstan (64,1%), Sloveniya (62,5%), Almaniya (61,9%),Türkiyə (58,9%), Çexiya (57,7%) vı Danimarka (53,1%) yer alıblar. Bəzi ölkələrdə isə Rusiya qazına olan təlabat nisbətən aşağı səviyyədə olub. Rusiya qazına ən az tələbatı olan ölkə İsveçrə hesab olunur. Bu ölkənin təbii qaza olan təlabatının cəmi 10%-i Rusiya qazı hesabına ödənilir.

Avropa ölkələrinin Rusiya təbii qazından asılılıq səviyyəsi bu cür olub:

Ölkələr

Rusiya

qazından asılılıq

Finlandiya

100 %

Belarus

100 %

Bolqarıstan

100 %

Yunanıstan

96,4 %

Moldova

85,7 %

Slovakiya

84,1 %

Latviya

76,5 %

Serbiya

73,9 %

Avstriya

70,1%

Polşa

64,2%

Macarıstan

64,1 %

Sloveniya

62,5 %

Almaniya

61,9 %

Türkiyə

58,9 %

Çexiya

57,7 %

Danimarka

53,1 %

Litva

45 %

Ukrayna

44,6 %

Makedoniya

40 %

Estoniya

40 %

İtaliya

38,3 %

Fransa

37 %

Xorvatiya

26,9 %

B. Britaniya

23,4 %

Bosniya və Hersoqvina

22,2 %

Rumıniya

14,2 %

Hollandiya

12,5 %

İsveçrə

10 %

İspaniya

0 %

Portuqaliya

0 %

İrlandiya

0 %

Belçika

0 %

Norveç

0 %

İsveç

0 %

DİGƏR XƏBƏRLƏR

Top