Azərbaycanda gənc xanım məmur vəfat etdi

Ədliyyə Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi Samirə Kazımova vəfat edib.

O, 38 yaşında dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, S.Kazımova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Samirə Səməd qızı Kazımova ailəli olub. Onun bir oğlu, iki qızı var.report

DİGƏR XƏBƏRLƏR

Top