Ötən il Türkiyə vətəndaşı olan 20 min 972 nəfər kişi xarici ölkə vətəndaşı olan qadınlarla nigah bağlayıb. Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, Türkiyəli kişilərlə ailə quran xarici ölkə vətəndaşı olan qadınların 13,3%-i və ya 2 min 790 nəfəri Azərbaycan vətəndaşı olub. Azərbaycanlı qadınlar Türkiyəli kişilərlə ailə quran əcnəbi qadınlar arasında ikinci sırada yer alıblar. Türkiyəli kişilərlə ən çox Suriya vətəndaşı olan qadınlar ailə qurub. 3-cü sırada Almaniya vətəndaşı olan qadınlar yer alır ki, bunların da böyük əksəriyyətini Türkiyədən Almaniyaya köçən türklər təşkil edir. Növbəti yerlərdə Ukrayan, Rusiya və Özbəkistan vətəndaşı olan qadınlar qərarlaşıb.
Türkiyə vətəndaşı olan kişilərlə nigah bağlayan qadınlar bu ölkələrin vətəndaşları olub (ilk 20 ölkə):
1. Suriya - 4074 nəfər
2. Azərbaycan - 2790 nəfər
3. Almaniya - 2608 nəfər
4. Ukrayna - 1172 nəfər
5. Rusiya - 1134 nəfər
6. Özbəkistan - 869 nəfər
7. Qırğızıstan - 680 nəfər
8. Türkmənistan - 571 nəfər
9. Mərakeş - 559 nəfər
10. Gürcüstan - 557 nəfər
11. Qazaxıstan - 525 nəfər
12. Bolqarıstan - 500 nəfər
13. Avstriya - 422 nəfər
14. İran - 310 nəfər
15. Əlcəzair - 290 nəfər
16. Moldova - 274 nəfər
17. İraq - 269 nəfər
18. İngiltərə - 258 nəfər
19. Belarus - 210 nəfər
20. Rumıniya - 178 nəfər