Türkiyədən ev alan azərbaycanlıların sayı artıb - CƏDVƏL

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 189 mənzil, mart ayı ərzində isə 61 mənzil alıblar. Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-cı ilin yanvar-mart aylarında azərbaycanlılar Türkiyədən builkindən 30 mənzil az - 159 mənzil satın alıblar. Bu ilin mart ayında isə azərbaycanlılar Türkiyədən 61 mənzil satın alıblar və bu ötən ilin mart ayındakı göstəricidən 11 mənzil çox olub.

Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 3 ayı ərzində Türkiyədən ümumilikdə 5 min 367 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% və ya 1051 mənzil çox olub.

Mart ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, İran, Rusiya, Əfqanıstan, Küveyt, Almaniya, Azərbaycan, İngiltərə, İordaniya, Ukrayna, Qətər və Misir vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin mart ayında İraq vətəndaşları Türkiyədən 348, Səudiyyə Ərəbistanı 181, İran 156, Rusiya 120, Əfqanıstan 108, Küveyt 79, Almaniya 78, Azərbaycan 61, İngiltərə 52, İordaniya 52, Ukrayna 51, Qətər 41 və Misir vətəndaşları isə 41 mənzil alıblar.

2018-ci ilin mart ayında xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:

ÖLKƏLƏR

MART, 2017

MART, 2018

İraq

323

348

S.Ərəbistanı

148

181

İran

54

156

Rusiya

115

120

Əfqanıstan

112

108

Küveyt

139

79

Almaniya

31

78

Azərbaycan

50

61

İngiltərə

39

52

İordaniya

36

52

Ukrayna

35

51

Qətər

14

41

Misir

39

41

DİGƏR XƏBƏRLƏR

Top