Astaranın simvoluna çevrilən park-bulvarın ikinci hissəsində tikinti işləri sürətlə davam edir

Astarada park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlə davam etdirilir. Keçən ilin may ayında başlanan işlərin bu ilin may ayında təhvil verilməsi gözlənilir.

Astaranın simvoluna çevrilən yaraşıqlı və füsunkar görkəm almış dənizkənarı park-bulvarın ikinci hissəsində artıq bataqlıq olan ərazi tamamilə abadlaşdırılıb, 350 min kubmetrlərlə qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılıb.

Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda qala divarlarının, eləcə də Bayraq meydanının tikintisi sürətlə davam etdirilir. Baş memar Balacan Həbibiov bildirib ki, – lahiyədə nəzərdə tutulmuş bütün tikinti işləri başa çatmışdır. Hal-hazırda kosmetik işlər davam etdirilir,bundan əlavə bizdə gəzinti yollarının beton tavacıqlarını döşənməsi davam etdirilir.

Son tamamlanma işləri gedən parkda 80 nəfər işçi qüvvəsi və 12 texnika çalışır. May ayına kimi təhvil verilməsi gözlənilən bulvarın hazırda gəzinti və velosiped yollarına yerli materiallardan istehsal olunmuş beton tavacıqların döşənməsi, yaşıllıqların salınması işləri uğurla davam edir.

Park bulvar ərazisində xaricdən gətirilmiş ən son texnaloqiya ilə hazırlanmış işıq dirəkləri, led lanpalar və sib kabellərdən istifadə olunaraq elektrik xətləri quraşdırılıb. Baş memar onu da qeyd edib ki, – Bayraq meydanı, şəlalə, fitnes, uşaq əyləncə mərkəzi, fatan, heykəl taraşlıq güşəsi, möhtəşəm qala divar və gəzinti meydançası bütün əsaslı tikintilər demək olar ki, başa çatmışdır.

Bununlada Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 12 hektar artılaraq 18 hektara çatdırılacaq.

Astarainfo.az

DİGƏR XƏBƏRLƏR

Top