Alp dağlarında 6 nəfər donaraq ölüb

İsveçrədə Alp dağlarında 6 nəfər soyuqdan donaraq ölüb, daha 5 nəfər kritik vəziyyətdədir. RT-in xəbərinə görə, Fransa, Almaniya və İtaliya vətəndaşlarından ibarət 14 nəfərlik qrup ötən gün dağa qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb. Xilasedici əməliyyata yeddi helikopter cəlb edilib. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top