Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir. Bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

"Yelk" fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb. report

DİGƏR XƏBƏRLƏR

Top