Azərbaycandakı bank 247 milyon manat zərər edib

Azərbaycanın əksər bankları 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıblar. Artıq 30 bankdan 6-sı zərər açıqlayıb. Zərər açıqlamış 6 bankdan 5-nin hər birinin zərəri 10 milyon manatdan, o cümlədən 2-sinin zərəri isə 1 milyon manatdan aşağıdır. 1 bankın zərəri isə 200 milyon manatdan çoxdur.

Bu gün Bank VTB Azərbaycan isə rekord məbləğdə zərər açıqlayıb. Bu, Azərbaycandakı bankların bugünədək açıqladığı ən böyük zərərlərdən biridir. Bankın maliyyə hesabatlarından məlum olur ki, Rusiyanın iri bankının Azərbaycandakı törəməsi 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurub.

Bank 9 milyon 981 min manat xalis əməliyyat zərərindən başqa, ehtiyatlara 237 milyon 430 min manat ayırıb. Ayırma ilə bankın zərəri 247 milyon 412 min manata yüksəlib.

Ehtiyatlara ayırma və zərər səhmdar kapitalının hesabına bağlanıb. 2018-ci ilin 1-ci rübündə Bank VTB (Azərbaycan)-ın nizamnamə kapitalı 265 milyon manat artırlaraq 316 milyon manata qaldırılmışdı. Bu artım borcların qaytarılmasına sərf edilib.

Qeyd edək ki, devalvasiyalar nəticəsində Bank VTB (Azərbaycan) digər banklardan aldığı kreditləri və cəlb etdiyi depoztləri batırmışdı. İlk rübdə Bank yaratdığı ehiyatlar hesabına 265 milyon 258 manat borc qaytarıb. marja

DİGƏR XƏBƏRLƏR

Top