2018-ci ilin yanvar-mart ayları ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 103,1 milyard dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2017-cı ilin eyni dövrü ilə müqayisədə 16,9% və ya 14,9 milyard dollar çoxdur. Bu dövürdə qardaş ölkədə ixracın həcmi 9% və ya 3,4 milyard dollar artaraq 41,2 milyard dollara, idxal isə 22,8% və ya 11,5 milyard dollar artaraq 61,9 milyard dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 20,7 milyard dollarlıq mənfi saldo yaranıb və 2017-cı ilin analoji dövrü ilə müqayisədə mənfi saldo 64,3% və ya 8,1 milyard dollar artıb.