"Birgə və Sağlam İctimai Birliyi" beynəlxalq tədbirdə iştirak edib

"Birgə və Sağlam İctimai Birliyi" 24-26 Aprel tarixləri arasında Türkiyənin Alanya şəhərində "ANCA World Autism" tərəfindən təşkil olunan tədbirdə iştirak edib. Birlikdən Yeniavaz.com-a verilən məlumata görə, tədbirə dəvət alan həmvətənlərimiz dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara milli adət ənənəmizi göstərərək, ölkəmiz haqqında tədbir iştirakçılarına məlumatlar veriblər. Autizm sindromlu uşaqlar milli geyimdə iştirak edərək öz adət ənənələrimizi, milli rəqslərimizi insanlarla nümayiş etdiriblər. "Birgə və Sağlam İctimai Birliyi"nin sədri Aytən Eynalova tədbirdə çıxış edərək ölkəmizdə autizm sindromlu uşaqlar üçün yaradılan şəraitdən bəhs edib. Qeyd edək ki, "Birgə və Sağlam İctimai Birliyi"nin tədbirdə iştirak etməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstək göstərib.

DİGƏR XƏBƏRLƏR

Top