Pakistan əsilli müsəlman Britaniyanın yeni daxili işlər naziri təyin olunub

Pakistan əsilli müsəlman Sacid Cavid Böyük Britaniyanın yeni daxili işlər naziri təyin olunub. TASSxəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının üzvü olan Sacid Cavid 1969-cu il dekabrın 5-də Britaniyanın Roçdeyil bölgəsində doğulub. Krallığın keçmiş baş naziri Devid Kemeronun başçlıq etdiyi 1-ci və 2-ci hökumətlərin üzvü olub. 2016-cı il iyunun 14-də Tereza Mey hökumətində icma və yerli özünüidarəetmə üzrə nazir olub.

Xatırladaq ki, aprelin 29-da Böyük Britaniyanın daxili işlər naziri Ember Raddın istefa verib.Report

DİGƏR XƏBƏRLƏR

Top