Məhəmməd ibn Salman Fələstinə səsini kəsməyi məsləhət görüb


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman sülhə nail olmaq imkanından imtina etdiyinə görə Fələstin rəhbərliyini, o cümlədən Prezident Mahmud Abbası tənqid edib. Yeniavaz.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, şahzadə bu açıqlamanı Nyu-Yorkda yəhudi təşkilatlarının rəhbərləri ilə keçirilən qapalı iclasda verib. İclas martın 27-də baş tutub. Monarxın sözlərinə görə, Fələstin rəhbərliyi son onilliklər ərzində irəli sürülən bütün sülh təkliflərini bir-birinin ardınca rədd edib: “Fələstinlilərin təklifi qəbul edərək danışıqlar masası arxasına oturmalarının və ya səslərini kəsərək şikayətlənməni dayandırmalarının vaxtı çatıb”. M. ibn Salman, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı üçün Fələstin məsələsi deyil, İranın regiondakı təsiri məsələsi prioritetdir.

DİGƏR XƏBƏRLƏR

Top