Telefonla göy gurultusunu çəkən şəxsi ildırım vurub - Həmin an, VİDEO

Yaz və yay aylarında ildırım vuran insanların sayı artır. Bu təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində belədir. Bundan xəbərsiz olan insanların çoxu ildırımlı havalarda telefonla danışır, yaxud ildırımın çaxdığı anları çəkməyə çalışırlar ki, elə faciələrin çoxu da bu vaxt baş verir. Yeniavaz.com xəbər verir ki, mütəxəssislər ildırımlı havalarda telefonla danışmamağı, açıq havada qalmamağı məsləhət görürlər.

Yağışlı və göy gurultulu havada bayraq, telefon, işıq, metal dirəklərindən uzaq durun. Bu cür dirəklərə ildırım düşmə riski yüksəkdir.

Bundan başqa, islanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Açıq ərazilərdə çətir açmayın, çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir.

Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa dərhal sudan sahilə çıxmağa çalışın.

Yeniavaz.com saytı dünyanın bir çox ölkələrində çəkilmiş ildırım düşmə anlarını əks etdirən videonu təqdım edir.

ildirim

DİGƏR XƏBƏRLƏR

Top