İlham Əliyev və xanımı qalibləri mükafatlandırdı

"Formula-1" üzrə Azərbaycan Qran-Prisində qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Yarışda birinci yeri tutan "Mercedes" klubunun pilotu Lüis Hemiltona mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Konstruktor kuboku "Mercedes" komandasının rəsmisinə I vitse-prezident Mehriban Əliyeva tərəfindən təqdim olunub.

II pillənin sahibi Kimi Raykonenini gənclər və idman naziri Azad Rəhimov, üçüncü yerdə olan Serxio Perezi isə Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov mükafatlandırıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisində “Mercedes”in pilotu Lüis Hemilton birinci, “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, Serxio Peres (“Force India”) üçüncü olub.AzVision.az

DİGƏR XƏBƏRLƏR

Top