Başıbəlalı sevgi hekayəti: bəy "Xına gecəsi"nin səhəri gəlini öldürdü - FOTO

"Xına gecəsi"nin səhəri gün nişanlısına 16 bıçaq zərbəsi vuraraq onu öldürən bəy haqqında yeni faktlar üzə çıxıb. Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Ağır Cəza Məhkəməsinə qəbul edilən iddianamədə hadisənin baş verməsi ilə bağlı yeni təfərrüatlar yer alıb. Yeniavaz.com saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bəy Metehan Yurtuoğlu nişanlısını öldürdükdən sonra dostuna "Quş kimiyəm, rahatladım",-deyib.

Araşdırmalar zamanı o da məlum olub ki, qızın ailəsi bu evliliyə razılıq verməyib, ancaq bununla razılaşmayan M. Yurtoğlu onu qaçırıb.

"Xına gecəsi"nin səhərisi nişanlısını öldürdükdən sonra isə tarlada gizlənib. Lakin cinayətkar çox uzağa qaça bilməyib və polislər tərəfindən yaxalanıb.

Narkotik istifadəçisi olduğu bildirilən Metehan Yurtoğlu verdiyi ifadədə "Xına gecəsi"nə gələn bəzi qonaqlardan nişanlısının onu aldatdığına dair sözlər eşitdiyini bildirib: "Həmin gecə səhərə qədər bu sözlərin təsirindən yata bilmədim. Səhər özü ilə danışmaq istədim, aramızda mübahisə düşdü. O, mənim belə bir şeyi necə düşünə biləcəyimə inana bilmirdi. Əlimdə bıçaq var idi, dava qızışandan sonra necə bıçaqladığımı xatırlaya bilmirəm".

Polisin araşdırmaları, şahid ifadələri nəticəsində məlum olub ki, M. Yurtoğlu bundan öncə də nişanlısına dəhşətli əzab veribmiş. Lakin sevgisinə qalib gələ bilmədiyini deyən qız ondan ayrılmaq istəməyib.

Qızın yaxınlarının dediyinə görə, M. Yurtoğlu mərhum nişanlısı Güllü Yurtoğlunu aylar öncə döydükdən sonra onu meşəlik əraziyə aparıb və ağaca bağlayıb. Bu azmış kimi onu orada qoyaraq evə gəlib.

Qız isə sarğını açandan sonra yaxınlıqdakı polisdən kömək istəyib.

Lakin Güllü nişanlısından şikayətçi olmadığını bildirib.

Bu olaydan sonra sevgilisindən uzaq qalsın deyə ailəsi Güllünü başqa bir ərazidə yaşayan qohumunun yanına göndəribmiş. Güllü orada qalarkən ailəsinin bu ayrılıq qərarına etiraz edib və yaxın qohumuna: "Metehan ilə 16 yaşından bəri tanışıq. Məni çox sevir, mən də onu çox sevirəm. Mənə zərər verəsi, xətər yetirəsi adam deyil. Ən pis halda bir dəfə ağaca bağlayıb. Mənə əl qaldırar, ancaq qıymadığı üçün vurmaz",-deyibmiş.

Lakin bu başıbəlalı sevgi çox uzun sürməyib və faciə ilə yekunlaşıb.

Qeyd edək ki, hadisəni törətmiş cinayətkara məhkəmənin ömürlük həbs cəzası verəcəyi gözlənilir.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top