Əfqanıstanda rekord: bir həftə ərzində 4606 terrorçu zərərsizləşdirilib

Əfqanıstanın hökumət qüvvələri ötən həftə ərzində antiterror əməliyyatları zamanı 466 terrorçunu zərərsizləşdiriblər.

Bu barədə Əfqanıstanın müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ötən həftə ərzində hökumət qüvvələri tərəfindən 13 əyalətdə (Hilmend, Uruzqan, Fərəh, Fəryab, Cauzdan, Tahar, Badahşan, Kandaqar, Zabul, Herat, Loqar, Maydan Vardak və Nanqahar) 105 antiterror əməliyyatı keçirilib.

Bundan əlavə qeyd edilir ki, 251 terrorçu yaralanıb, 49-u isə əsir götürülüb. Terrorçulardan 20 növ silah, 90 partlayıcı və sursat götürülüb.trend

DİGƏR XƏBƏRLƏR

Top