FHN generalı yanan bina ilə bağlı su məsələsinə aydınlıq gətirdi

"Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam".

Bunu bu gün açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.

Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.apa

DİGƏR XƏBƏRLƏR

Top