Medvedev yeni hökumətdən kənarda qalmaq istəmir

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, hazırkı hökumətin istefasından sonar istirahətə getmək planları yoxdur. Rusiya KİV-ləri xəbər verir ki, qanunvericiliyə görə, 2018-ci il mayın 7-də prezident Vladimir Putinin andiçmə mərasimindən sonar hazırki hökumət istefaya göndəriləcək. "Şübhəsiz ki, mən hələ istirahətə getmək fikrində deyiləm. Mən ölkəmə maksimum fayda verə biləcəyim yerdə işləməyə hazıram", - D.Medvedev bildirib. Medvedevin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət son illərdə çətin şəraitdə işləyib.


"Hökumətin fəaliyyəti çətin şəraitdə keçib. Bir tərəfdən 2008-ci ildən başlayan böhran dalğası, digər tərəfdən isə dünya iqtisadiyyatında, karbohidrogen bazarındakı dəyişikliklər və 2014-cü ildən ortaya çıxan sanksiyalar...”.
Bu il martın 18-də keçirilmiş prezident seçkilərindən qalib ayrılan Vladimir Putin bəyan edib ki, andiçmə mərasimindən sonra hökumətdə dəyişikliklər edəcək.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top