
Türkiyənin 11-ci Prezidenti Abdulla Gül iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olmayacağını bildirib. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, A. Gül deyib ki, ətrafında baş verən proseslər Səadət Partiyasının lideri Temel Karamollaoğlunun onun adının hallandırması ilə başlayıb: “Namizədliyim bağlı söhbətlər məndən qaynaqlanmayıb. Lakin geniş razılıq olacağı təqdirdə üzərimə düşəni etməkdən çəkinməyəcəyimi demişəm. Temel bəyin keçirdiyi görüşlər nəticəsində belə bir razılaşmanın olmadığı üzə çıxıb. Bununla da namizədliyimlə bağlı proses artıq müzakirə mövzusu deyil”.
Tətbiqimizi yükləyə bilərsiniz