Rusiyanın baş naziri Dmitriy Medvedev keçmiş ABŞ prezidenti Barak Obamaya Rusiyaya səfər etməyi təklif edib. Medvedev bu müraciəti “Rossiya 1” telekanalının efirində dilə gətirib. Medvedev Obamanın 2015-ci ildə səsləndirdiyi “Moskvaya qarşı sanksiyalardan sonra Rusiya iqtisadiyyatının parça-parça olacağı” ilə bağlı bəyanatını xatırladıb.
“Onun bu tərəflərə gəlməklə arası yoxdur. O, bir vaxt bildirmişdi ki, Rusiya iqtisadiyyatı parça-parça olacaq. Qoy gəlsin “parçalanmış hissələrə” tamaşa etsin.”, - deyə Medvedev bildirib.
Medvedev Qərbin Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər tətbiq etməsindən sonra ölkənin stress sınağından uğurlu şəkildə keçdiyini və onlara cavab vermək üçün effektiv alətlər ərsəyə gətirdiyini vurğulayıb.Oxu.az