Norveçli yazıçı: Azərbaycan Rusiyaya böyük qardaş kimi baxır


Norveçin qadın yazıçısı Erika Fatland özünün yeni “Sərhəd” kitabı üçün materiallar toplamaq məqsədilə Rusiya ilə sərhəd olan 14 ölkəyə səfər edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yazıçı Rusiyanı kənardan öyrənmək üçün 259 gün ərzində səyahət edib. O bu müddət ərzində Şimali Koreya, Çin, Azərbaycan, Gürcüstan, Litva və digər ölkələrdə olub. E. Fatlandın sözlərinə görə, Çindən başqa Rusiyanın bütün qonşuları ona böyük qardaş kimi yanaşırlar. Norveçli yazıçı səyahətinin yekunlarına əsasən, təxmin edib ki, rusiyalılar həmişə öz ölkələrinin ərazisini daha da genişləndirməyə və vaxtilə onun hissəsi olmuş əraziləri qaytarmağa çalışacaqlar. O bildirib: “Fikrimcə, Rusiya dağılanadək genişlənəcək. Bunun nə vaxt baş verdiyini dəqiq deyə bilmərəm, lakin zənnimcə, 100 ildən sonra onun sərhədi indiki kimi olmayacaq. Rusiyanın sərhədləri qısa olacaq”. Yazıçı bu qənaətə mövcud olmuş bir çox imperiyaların həmişə dağılması əsasında gəlib.

DİGƏR XƏBƏRLƏR

Top