Bakıda kafe sahibi yüksək musiqi səsinə görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən "Beer Kode" kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. Nazirlikdən verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Milli.az

DİGƏR XƏBƏRLƏR

Top