Cəlilabad sakinindən 1 kilo tiryək tapılıb

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb. Aprelin 27-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top