Qeyri-rəsmi nigahdan doğulan körpələr: Avropada və Azərbaycanda - SİYAHI

Avropada qeyri-rəsmi nigahdan doğulan körpələrin sayı açıqlanıb. Yeniavaz.com Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumata istinadən bildirir ki, il ərzində Fransada doğulan körpələrin 59,7%-i qeyri-rəsmi nigahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Bu göstərici Bolqarıstanda 58,6%, İsveçdə 54,9%, Hollandiya 50,4%, Böyük Britaniyada 47,9%, İspaniya 45,9%, Almaniyada 35,5%, İtaliyada 28% olub. Qeyri-rəsmi nigahdan doğulan uşaqların sayı ən az Yunanıstanda qeydə alınıb. Bu ölkədə il ərzində doğulan körpələrin 9,4%-i qeyri-rəsmi nigahda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda da qeyri-rəsmi nigahda olan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı sürətlə artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildə qeyri-rəsmi nigahdan doğulan körpələrin sayı 7,1 min olub və bu ölkədə il ərzində doğulan cəmi körpələrin 3,7%-nə bərabər olub. Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda ümumilikdə 190 min körpə dünyaya göz açıb. Komitənin 2016-cı il üçün açıqladığı sonuncu məlumatda isə göstərilir ki, qeyri-rəsmi nigahdan doğulan körpələrin sayı 1991-ci illə müqayisədə 3,7 dəfə artaraq 26,3 minə çatıb. Bu isə il ərzində doğulan ümumi körpələrin (159,4 min) 16,5%-nə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top