2018-ci ilin I rübündə ən çox qeyri-neft məhsulu ixrac edən qeyri-dövlət və dövlət şirkətlərinin siyahısın neft şirkətləri başçılıq edir. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, qeyri-dövlət ixracatçı şirkətlərin ilk onluğunda aşağıdakı şirkətlər daxil olub:
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi,
“MKT İstehsalat Kommersiya” MMC,
“Aqrodoctor” MMC,
“Baku Steel Company” MMC,
“Metalçılar-2” MMC,
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC,
“CTS-Agro” MMC,
“Sun Food” MMC,
“Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycanı Filialı,
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
“Azərenerji” ATSC,
“Det-al Alüminium” MMC,
“Azergold” QSC,
“Azərbaycan Hava Yolları” QSC,
“SOCAR Methanol” MMC,
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC,
“Qaz ixrac idarəsi”,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC,
“Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC.