Şimali və Cənubi Koreya birləşmə kursunu seçdilər​

Şimali və Cənubi Koreya münasibətləri yaxşılaşdıracaqlar.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki Koreya dövlətinin liderlərinin sammitinin yekunları üzrə birgə bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Şimal və Cənub münasibətlərin tam və hərtərəfli yaxşılaşdırılması və inkişafına, bununla da gələcək birgə çiçəklənməni və birləşməni yaxınlaşdırmağa çalışacaqlar.

Cənubi və Şimali Koreyanın prezidentləri Mun Çje İn və Kim Çen In təsdiq ediblər ki, iki ölkənin ümumi məqsədi Koreya yarımadasında nüvəsizləşdirmə prosesinin aparılmasıdır.

Bəyannamədə vurğulanır ki, bundan sonra iki ölkə bir-birinə qarşı bütün düşmən hərəkətlərini dayandırır: “Koreya yarımadasında daha heç vaxt müharibə olmayacaq, yeni sülh dövrü başladı”.

DİGƏR XƏBƏRLƏR

Top