Ərdoğan: Müxalifətlə görüşən AKP-çiləri adbaad bilirəm

“Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərindən müxalifətlə görüşənləri tək-tək, adbaad bilirəm”.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin Abdullah Gülü ortaq namizəd göstərməsi təşəbbüslərini şərh edərkən deyib.

O, AKP üzvlərini A. Gülün namizədliyi məsələsi ətrafında polemika aparmamağa çağırıb: “Məyus oldum. Siz də polemika aparmayın. Öz baxışınızı və layihələrinizi izah edin, işinizi görün. Ediləsi bir şey yoxdur. Hər olanda bir xeyir var. Heç narahat olmayın. Bizdən də bəzilərini aldada bilərlər. Partiyadan çıxanlar ola bilər. Müxalifətlə görüşənləri tək-tək, adbaad bilirəm. Nə etmək istədiklərini bilirəm. Biz öz işimizə baxacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top