Ermənistan müxalifətinin lideri ölkə prezidenti ilə görüşüb

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla görüşüb. Bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir. "Ölkədə yaranmış vəziyyəti və mümkün həll yollarını müzakirə etdik", - N.Paşinyan "Facebook" səhifəsində yazıb. O deyib ki, A.Sarkisyan həmçinin 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığını itirdiyini təsdiqləyən sənəd təqdim edib.

Qeyd edək ki, N.Paşinyan həmçinin bu gün saat 12:00-da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla görüşməyi təklif edib. Eyni zamanda, bu gün axşam saatlarında Gümrü və Vanadzorda növbəti mitinqlərin keçiriləcəyi gözlənilir.Report

DİGƏR XƏBƏRLƏR

Top