Pensiya islahatlarına etiraz edən 63 nəfər öldürüldü

Nikaraquada kütləvi aksiyalar zamanı ölənlərin sayı 63-ə çatıb. “ABC” kanalı xəbər verir ki, daha 15 vətəndaş itkin düşmüş hesab edilir. Etiraz aksiyaları təqaüd reformaları əleyhinə keçirilib. Aksiyalar bir neçə gün dayanmadan keçirilib və polislə ciddi toqquşmalar qeydə alınıb.

“Bu bir qırğın idi”- “İnsan Hüquqları üzrə Daimi Komissiya”nın rəhbəri Markos Karmona bildirib. Təşkilatın hesabatında 160 nəfərin odlu silah yaraları aldığı da qeyd edilib.

Xatırladaq ki, aprelin 23-də hökumət 12 nəfərin həyatını itirdiyini bildirib. “Biz ölənlərin hər birinin adlarını dəqiqləşdirmişik”-deyə Karmona açıqlama verib.

Aksiyalara aprelin 18-dən start verilib. Prezident etirazçılara danışıqlar təklif edib, lakin rədd cavabı alıb nəticədə polis müdaxilə edib. İnsidentdən sonra Nikaraqua prezidenti aprelin 22-də islahatlardan imtina edib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top