Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib. DGK-nin mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, şöbəyə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.