ABŞ senatorları “F-35” qırıcılarının Türkiyəyə tədarükünü bloklamaq niyyətindədirlər

ABŞ senatorları “F-35” qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü bloklamağa çalışırlar. “RİA Novosti”nin xəbərinə görə, qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb. Məlumata görə, senatorlar niyyətlərini amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə olması ilə əlaqələndiriblər. Qeyd edək ki, E.Branson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.APA

DİGƏR XƏBƏRLƏR

Top