Kremldən Ermənistandakı vəziyyət haqda AÇIQLAMA

“Biz bunun Ermənistanın daxili işi olduğunu düşünürük. Ümid edirik ki, Ermənistanda vəziyyət tez bir zamanda konstitusiya çərçivəsində öz həllini tapacaq”. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov həmçinin Ermənistandan gəlmiş rəsmi nümayəndələrlə hər hansı bir rəsmi görüşün keçirilicəyinin planlaşdırılmadığını da bildirib.

“Bu danışıqlar hökumət və Xarici İşlər Nazirliyi tərəfindən aparılacaq”. O hesab edir ki, belə görüş haqda lazımi məlumat informasiya orqanlarına bildiriləcək.

Jurnalistlərin Kreml ilə Ermənistan nümayəndələri arasında hər hansı danışıqların aparılması ilə bağlı sualına isə Peskov “bilmirəm” cavab verib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbaldyanın Kremllə ölkədəki vəziyyətlə bağlı qeyri rəsmi danışıqlar aparacağı təxmin edilirdi.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top