Dünyanın məşhur stadionu 1 milyard dollara satılır


Londonun “Uembli” stadionun satılması haqqında İngiltərə Futbol Federasiyasına (İFF)təklif daxil olub. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Fulhem” klubunun sahibi Şahid Xan stadiona görə İFF-ə 1 milyard funt-sterlinq (1,39 milyard dollar) ödəməyə hazırdır. Ş. Xan ilkin olaraq 600 milyon funts-sterlinq ödəməyi təklif edib, qalan 400 milyon funt-sterlinqi isə federasiya stadionda keçirilmiş matçlara görə ayırmalar qismində alacaq. Ş. Xan “Uembli”ni sahibi olduğu Amerika Milli Futbol Liqasının “Ceksonvill Cequras” komandasının çıxışı üçün meydança qismində istifadə etmək niyyətindədir. Qeyd edək ki, “Uembli” stadionu 2007-ci ildə açılıb və 90 min tamaşaçı tutumuna malikdir.

DİGƏR XƏBƏRLƏR

Top