Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. Hakim Novruz Kərimovun icraatında olan prosesdə Bakı İstintaq Təcridxanasından məktub göndərərək R.Rəhimovun yüksək temperaturu olduğu üçün məhkəməyə göndərilməsinin mümkün olmadığı bildirilib. R. Rəhimovun hazırda tibb müəssisəsində müalicə aldığı qeyd olunub. Onun vəkilləri də prosesdə iştirak etməyib.
Məhkəmə mayın 3-də davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Qafqazinfo