Ağstafa rayonunda qanvermə aksiyası keçirilib

Bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında növbəti könüllü qanvermə aksiyası keçirilib. Yeniavaz.com xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə təşkil olunub. Hazırda Ağstafa rayonunda 5 nəfər talassemiya və 4 nəfər hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaq qeydə alınıb. Vüqar Nəbiyev, Ağstafa

DİGƏR XƏBƏRLƏR

Top