Paşinyan yol və küçələri bağlamamağa çağırdı


Erməni müxalifətinin lideri olan parlament deputatı Nikol Paşinyan videomüraciətində tərəfdarlarını İrəvanın yol və küçələrini bloka almamağa çağırıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, o bildirib ki, nəqliyyatın normal hərəkətini bərpa etmək lazımdır. N. Paşinyan deyib: “Küçələri bağlamaq lazım deyil. Asayişin pozulma hallarına xüsusi diqqət ayırmaq önəm kəsb edir, eləcə də dövlət nömrələri olmayan avtomobillərin sürücülərinin hərəkətinin qarşısını almaq lazımdır”. Qeyd edək ki, N. Paşinyan yollar bağlandığına görə mitinqə vaxtında gedə bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top