Ermənistanda müxalifət seçkilərdə iştirak etmək üçün şərt irəli sürdü

Ermənistanda parlament seçkiləri hakim Ermənistan Respublika Partiyasını təmsil edən Baş nazir zamanında keçirilsə, müxalifət seçkiləri boykot edəcək.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu etiraz hərəkatınının lideri Nikol Paşinyan deyib.

O, “Facebook”da yerləşdirdiyi müraciətdə Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanın növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyünə dair sözlərinə də münasibət bildirib.

N. Paşinyan bildirib: “Onlar istəyirlər ki, seçkilər Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edənin hakim partiyanın nümayəndəsi olması şəraitində keçirilsin. Bu seçkilərin necə olacağını biz 2017-ci ildən bilirik. Biz sadəcə bu seçkiləri boykot edə bilərik, üstəlik seçki məntəqələrini təcrid edərək və hakim partiyanın dirçəldilməsi üzrə tədbirlərin təşkilinə mane olmaqla bunu aktiv şəkildə edərik”.

DİGƏR XƏBƏRLƏR

Top