Ərdoğan ermənilərə müraciət etdi


Rəcəb Tayyib Ərdoğan 1915-c il hadisələri ilə əlaqədar İstanbuldakı Erməni Patriarxlığında təşkil edən dini mərasimin iştirakçılarına məktub göndərib. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “dəyərli erməni vətəndaşlarım” deyə başlayan məktubda qeyd edilib ki, Osmanlı erməniləri I Dünya müharibəsinin ən çətin və sıxıntılı vəziyyətində vəfat ediblər. R. T. Ərdoğan məktubda həyatlarını itirən Osmanlı ermənilərini bir daha yad edib, onların uşaq və nəvələrinə səmimi qəlbdən baş sağlığı verib: “Biz tarix boyu acıları ayıran deyil, paylaşan millət olmuşuq. Bunu edərkən də heç kəsin inancına, dilinə, dininə, etnik və mədəni mənsubiyyətinə baxmamaşıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadığı acılara şərik olmaq, bu acıları paylaşmaq türk millətinin vicdani və əxlaqi duruşundan qaynaqlanır. Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşəri, siyasi və ticari həyatımıza verdikləri töhfələri getdikcə artıracağına inanıram. Sizlərdən bu günədək olduğu kimi bundan sonra da keçmişimizi təhrif edərək tarixdən kin, nifrət və düşmənçilik çıxarmağa təşəbbüs göstərənlərə fürsət verməməyinizi rica edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top