Dmitri Peskov: "Rusiya Ermənistanda sabitliyin qorunacağına ümid edir"

"Rəsmi Moskva Ermənistanda sabitliyin qorunacağına ümid edir." RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, bir daha vurğulayıb ki, baş verən hadisələr Ermənistanın daxili işidir.

"Ümid edirik ki, ölkədə nizam, sabitlik qorunacaq və ən yaxın zamanda erməni xalqını təmsil edən bütün qüvvələr üçün konsensus olacaq siyasi konfiqurasiyanın hansısa konturları görünəcək", - D.Peskov deyib.

Qeyd edək ki, D.Peskov daha əvvəl Kremlin Ermənistanda və Ukraynada baş verlənləri müqayisə etmədiyini, durumun tamamilə fərqli olduğunu söyləyib.Report

DİGƏR XƏBƏRLƏR

Top