Azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub - Gürcüstanda

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub. Gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub. “Kalaşnikov” avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər.

Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır. Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar. Faktla bağlı cinayət işi açılıb. Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza aparılır. APA

DİGƏR XƏBƏRLƏR

Top