Miqrasiya Xidmətinin yeni rəisi kimdir? - DOSYE

Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Vüsal Hüseynovun dosyesini təqdim edirik:

Vüsal Əfqan oğlu Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.
1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil alıb.

Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.

2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak edib. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı olub.

O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak edib. İki ay sonra-Sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya gedib.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Evlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top