Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, millət vəkili Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub.

Yeniavaz.com onun dosyesini təqdim edir:

F. Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “sənayesində ətraf mühitin qorunması” ixtisası üzrə magistr dərəcəsini alıb.

199-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb. 2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib. İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub.2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan işçi qrupunun üzvü olub.

2015-ci ildə 3-cü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.

Bitərəfdir. Evlidir, 3 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top